Qırğızıstanda paytaxtın köçürülməsi təklif edilib
Qırğızıstan parlamentinin iclasında deputat Bakıtbek Maripov paytaxtı başqa yerə köçürməyi və Nazirlər Kabinetini orada yerləşdirməyi təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir.
"İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır", - deputat bildirib.
Maripov hesab edir ki, hökumətin Bişkekdən köçürülməsi nəqliyyatın hərəkəti ilə bağlı problemin həllinə imkan verəcək.
Oxşar xəbərlər
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub. BAKU.WS xə...