Qəzzada beş nəfər aclıqdan həyatını itirib
Qəzza zolağında humanitar böhran dərinləşməkdə davam edir. Son sutka ərzində bölgədə İsrailin həyata keçirdiyi hücumlar nəticəsində 70-dən artıq fələstinli həyatını itirib.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, şənbə günü baş verən hadisələr zamanı azı 71 nəfər ölüb. Onların arasında humanitar yardım gözləyən 42 dinc sakin və aclıqdan həyatını itirən 5 fələstinli də olub.
Eyni zamanda, İsrailin pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Xan Yunisin cənub hissəsində yerləşən əl-Məvasi düşərgəsindəki çadırlarda sığınan 5 nəfər həlak olub.
Qeyd edək ki, bölgədə humanitar yardıma çıxışın məhdud olması aclıq hallarının artmasına səbəb olub. Yerli mənbələr bu vəziyyətin daha da ağırlaşacağından narahatlıqlarını bildirirlər.
Oxşar xəbərlər
Ukrayna qanunvericiliyində əcnəbilərlə bağlı dəyişikliklər edilir?
Dörd ildir davam edən genişmiqyaslı Ukrayna müharibəsi həm bu ölkədə, həm də qonşu dövlətlərdə əcnəbilərin yaşayışı və gediş-gəlişi ilə bağlı qaydalara təsir gö...