Qətər XİN: Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər
Əfqanıstan və Pakistan arasında gərginlik azalmağa doğru gedir. Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, hər iki ölkənin nümayəndə heyətləri oktyabrın 18-də Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşdə sərhəddə dərhal atəşkəsin elan edilməsi barədə razılığa gəliblər.
BAKU.WS xəbər verir ki, nazirliyin "X" platformasında paylaşdığı açıqlamada bildirilir ki, danışıqlar zamanı tərəflər yalnız atəşkəslə kifayətlənməyib, həm də sülhün qorunması və bölgədə sabitliyin möhkəmləndirilməsi üçün xüsusi mexanizmlərin yaradılması məsələsində razılığa gəliblər.
Beləliklə, Qətər və Türkiyənin diplomatik səyləri nəticəsində Əfqanıstan-Pakistan sərhədində son aylar artan gərginliyin azaldılması istiqamətində ilk real addım atılıb.
Oxşar xəbərlər
Trampın təyyarəsində nasazlıq olub
ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən Davos İqtisadi Forumuna getmək üçün mindiyi "Air Force One" təyyarəsində uçuş zamanı texniki problem yaşanıb....