Qərb mediası: "İran neftini daşıyan gəmilər izləmə sistemini söndürürlər"
30
may
2025
13:56
ABŞ sanksiyaları təhlükəsi fonunda Çinə neft tədarük edən əsas İran tankerləri rəqəmsal izləmə sistemlərini getdikcə daha çox söndürürlər.
"Azad İran" "Telegram" kanalı bu barədə "Bloomberg" nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, son aylarda çox sayda İran tankerləri neftin nəqli üçün əsas ərazi olan Şərqi Malayziyaya yaxın sulara yaxınlaşarkən ötürücülərini qapadırlar.
Aprel ayında Malayziya yaxınlığında İran neftini daşıyan ən azı altı gəminin izləmə sistemini dayandırdığı qeyd olunub.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...