Qəhrəman ata zəlzələ zamanı bir göydələndən digərinə tullanaraq ailəsini xilas etdi - ANBAAN VİDEO

Qəhrəman ata zəlzələ zamanı bir göydələndən digərinə tullanaraq ailəsini xilas etdi - ANBAAN VİDEO
Video
Dünya 836

Myanmada 7,7 bal gücündə zəlzələ zamanı Cənubi Koreyadan olan Kvon Yanq Jun həyat yoldaşı və qızını xilas etmək üçün qəhrəmanlıq edib.

BAKU.WS xəbər verir ki, zəlzələ qəfil başlayanda Kvon ailəsinin olduğu digər binaya tullanaraq keçib.

Koreyalı şəxs 600 fut uzunluğundakı qırıq körpünü keçərkən böyük cəsarət nümayiş etdirib.

Qeyd edək ki, hadisə zamanı Kvon Yanq Jun "Park Origin Thonglor" adlı lüks yaşayış kompleksinin 52-ci mərtəbəsində məşq edib. Zəlzələ qəfil başlayan zaman özünü itirməyən koreyalı dərhal həyat yoldaşı və qızının olduğu digər binaya keçmək üçün hərəkətə keçib.

Adətən kinolarda rast gəlinən bu olayı yerli sakinlər telefonla lentə alıblar. Göydələnlərdə qorxulu vəziyyət qeydə alınrkən atanın heç nədən qorxmayaraq tullanması hamını heyrətə salıb. Kvonun 35 yaşlı həyat yoldaşı Sukanya Yutuam 30-cu mərtəbədəki evdə olub. .

O, zəlzələ zamanı yaşadığı qorxunu belə izah edib: "Çox təhlükəli vəziyyət idi. Videoya baxanda hamı kimi mən də böyük həyəcan keçirdim. Həyat yoldaşım instinktlərinə güvənərək tullandı. Heç kimin rasional düşünməyə imkanı yox idi".

Kvon bir neçə cızıqla möcüzəvi şəkildə sağ qalıb. O, binaya tullandıqdan sonra ailəsinin təhlükəsiz şəkildə təxliyə edildiyini öyrənib. Bundan sonra dərhal binadan çıxıb və onları çöldə təhlükəsiz görüb.

Oxşar xəbərlər

İran Milli Bankının Bakı filialı borca düşdü

İran Milli Bankının Bakı filialı borca düşdü

İran Milli Bankının Bakı filialının vergi borcu yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat ə...

37 Dünya 18:20 20 yanvar 2026

Son xəbərlər