Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin qəzası ilə bağlı bütün texniki ekspertizalar əldə edilib
Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın da daxil olduğu beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması davam edir:
"Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerlərin, naviqasiya avadanlıqlarının, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda yekunlar vurulur, bu nəticələr həmin komissiyanın iştirakçıları ilə razılaşdırılacaq".
K.Bozumbayev vurğulayıb ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, eləcə də "Embraer" şirkətinin və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildir:
"Beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində yekun vurmalıdır. Bu, texniki hissəyə aiddir".
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...