Qalisiyada meymunçiçəyi yayılıb: 9 yoluxma faktı
İspaniyanın Qalisiya bölgəsində meymunçiçəyi (mpox) virusunun yeni yayılma ocağı aşkarlanıb. Qalisiya Səhiyyə Xidməti A Korunya şəhərində baş verən yoluxmaları təsdiqləyib.
BAKU.WS xəbər verir ki, 15 dekabr 2025-ci ildən 25 yanvar 2026-cı ilədək bölgə üzrə 9 yoluxma faktı qeydə alınıb, onlardan 7-si A Korunyada baş verib. Rəsmi açıqlamada yoluxanların hamısının kişi olduğu bildirilib.
Səlahiyyətli qurumlar yoluxma mənbələrindən birinin sauna ilə əlaqəli ola biləcəyini istisna etməsə də, bütün halların eyni mənbədən qaynaqlanmadığı qeyd olunub.
Mütəxəssislər əlamətlər müşahidə olunduğu halda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...