Qalibaf ABŞ ilə atəşkəs şərtlərini açıqlayıb
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ ilə atəşkəs razılaşmasının şərtlərini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Tam atəşkəs yalnız o halda məna kəsb edir ki, razılaşma dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın və İsrailin müharibəni qızışdırması dayandırılsın", - Qalibaf bildirib. O, əlavə edib ki, atəşkəsin kobud şəkildə pozulması ilə Hörmüz boğazının açılması qeyri-mümkündür:
"Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır.
Oxşar xəbərlər
Yəməndə silahlı toqquşma: 45 hərbçi ölüb
Yəmən ərazisində silahlı qarşıdurma baş verib. BAKU.WS "Al Hadath" telekanalına istinadən xəbər verir ki, "Ənsarullah" (husilər) hərəkatının Marib və Hadramaut...