"Qalatasaray" azarkeşləri ilə alman polisi arasında qarşıdurma: 33 polis yaralandı
Almaniyanın paytaxtı Berlində "Qalatasaray" azarkeşləri ilə polis arasında baş verən qarşıdurmada 33 polis əməkdaşı xəsarət alıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Trendyol Süper Liqada mövsümün sonuna iki tur qalmış çempionluğunu elan edən "Qalatasaray"ın azarkeşləri Berlində küçələrə axışaraq qələbəni qeyd ediblər. Əsasən Kurfürstendamm səmtində toplaşan təxminən 2 min 500 nəfərlik azarkeş qrupu axşam saatlarında təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girib.
Almaniya mediasının yaydığı məlumata görə, azarkeşlər polislərə müxtəlif əşyalar atıb. Nəticədə 33 polis əməkdaşı xəsarət alıb.
Berlin polisi insidentlə bağlı ictimai asayişi pozma, təhlükəli xəsarət yetirmə, fiziki hücum, müqavimət göstərmə, təhqir və partlayıcı maddələr haqqında qanunun pozulması faktları üzrə araşdırma başlatdığını açıqlayıb.
Oxşar xəbərlər
İranda həyatını itirən vəzifəli şəxslərin siyahısı yayıldı
ABŞ və İsrailin həyata keçirdiyi hərbi zərbələr nəticəsində İranda həyatını itirrən yüksək rütbəli şəxslərin adları açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barəd...