Qadın dələduzlara inanaraq 2 milyonu balkondan atdı
Krımın Sevastopol şəhərində yaşayan qadın dələduzlara inanaraq onlara böyük miqdarda xarici valyuta verib.
Bu barədə sosial şəbəkədə məlumat yayıb.
Naməlum şəxslər 75 yaşlı qadınla əlaqə saxlayaraq özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim ediblər. Telefon danışığı zamanı qadına qarşı terrorizmin maliyyələşdirilməsi maddəsi ilə cinayət işi başlandığını bildiriblər.
Qadına məsuliyyətdən yayınmaq üçün pulları yoxlama üçün təqdim etməsi tapşırılıb. O da nəticədə təxminən 25 min ABŞ dolları (2 milyon rublu) pulu tanımadığı şəxsə balkondan atıb.
Qeyd edək ki, həmin gün daha bir yaşlı qadın da eyni sxemlə aldadılıb. Onu evinin guya satışa çıxarıla biləcəyi ilə qorxudublar. Qadın dələduzların sözlərinə inanaraq, onlara ümumilikdə 2 milyon rubl məbləğində bütün əmanətlərini verib.
Oxşar xəbərlər
ABŞ İranla müharibəyə bu qədər xərc çəkib
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara xərcləri 61 milyard dolları keçib. BAKU.WS xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb. Bild...