Putin və Modinin təkbətək görüşü iki saat yarımdan çox davam edib

Putin və Modinin təkbətək görüşü iki saat yarımdan çox davam edib
Dünya 40

Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modinin şəxsi görüşü iki saat yarımdan çox davam edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, söhbət təkbətək formatında baş tutub.

4 dekabrda Putin iki günlük dövlət səfəri ilə Hindistana gedib. Bundan əvvəl Modi Rusiyanın prezidentini şəxsən qarşılamaq üçün Hindistan Hərbi Hava Qüvvələrinin Palam aviabazasına kortejlə gəlib. Hindistan hökumətinin bildirdiyinə görə, baş nazirin dövlət başçısını şəxsən qarşılamağa gəlməsi nadir jestdir.

Dehliyə Putinin səfəri üçün xüsusi hazırlıq görülüb. Paytaxt Rusiya və Hindistan bayraqları ilə bəzədilib, səhər tezdən əsas küçələrdən su maşınları keçib. Bundan əlavə, Nyu-Dehlinin mərkəzi küçələrində Putin və Modinin şəkilləri olan plakatlar asılıb. Plakatlarda rus və hindi dillərində yazılar yer alıb.

Gözlənilir ki, Nyu-Dehlidə 10 hökumətlərarası sənəd, həmçinin iki ölkənin kommersiya və qeyri-kommersiya qurumları arasında 15-dən çox saziş və memorandum imzalanacaq. Xüsusilə, 2030-cu ilə qədər mədəniyyət mübadiləsi proqramının təsdiqlənməsi planlaşdırılır.

Son xəbərlər