Putin: Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var

Rusiya Prezidenti Vladimir Putin Moskvanın ABŞ-nin yeni administrasiyası ilə bir çox, o cümlədən strateji sabitlik və iqtisadiyyat, eləcə də enerji məsələləri üzrə təmas nöqtələri ola biləcəyini düşünür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Moskva. Kreml. Putin" verilişinə açıqlamasında bildirib.
"Ümumi götürsək, əlbəttə ki, hazırkı administrasiya ilə kifayət qədər çoxlu təmas nöqtələrimiz, bu günün əsas problemlərinin həlli yolları ilə bağlı oxşar yanaşmalarımız ola bilər. Bunlar strateji sabitlik məsələləridir, yeri gəlmişkən, həm də iqtisadiyyatla bağlı məsələlərdir", - o deyib.
Putin qeyd edib ki, Rusiya və ABŞ ən böyük neft istehsalçıları olmaqla yanaşı, həm də enerji resurslarının ən böyük istehlakçılarıdır.
"Bu isə o deməkdir ki, həm bizim, həm də Amerika iqtisadiyyatı üçün çox yüksək qiymətlər pisdir, çünki enerji resurslarından istifadə edərək ölkə daxilində istehsal etməliyik, ölkə daxilində başqa mallar da istehsal etməliyik. Digər yandan, çox aşağı qiymətlər də çox pisdir, çünki bu, enerji şirkətlərinin investisiya imkanlarına xələl gətirir. Bu istiqamətdə danışacağımız çox şey var", - o söyləyib.
Prezidentin sözlərinə görə, enerji sektorunda qarşılıqlı maraq doğura biləcək başqa məsələlər də var.

Oxşar xəbərlər
Ömründə heç vaxt müsahibə verməyən rejissor 88 yaşında vəfat etdi
Portuqaliyalı rejissor Rocerio Seytil vəfat edib. BAKU.WS xəbər verir ki, o 88 yaşında dünyasını dəyişib. Rejissorun ölüm səbəbi və detalları isə hələ ki, açıq...