Putin Hindistana səfər edəcək

Putin Hindistana səfər edəcək
Dünya 41

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı zamanı onun Hindistana rəsmi səfərlə bağlı dəvətini qəbul edib.

Bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

"Hindistan lideri Rusiya prezidentinə ənənəvi illik ikitərəfli yüksək səviyyəli görüşün keçirilməsi üçün Hindistana səfər dəvətini bir daha təsdiqlədi", – deyə məlumatda qeyd olunur.

Bildirilib ki, Rusiya prezidenti bu dəvəti minnətdarlıqla qəbul edib.

Telefon danışığı zamanı liderlər Rusiya-Hindistan münasibətlərinin strateji xarakterini və xüsusi imtiyazlı tərəfdaşlıq səviyyəsini vurğulayıblar. Qeyd edilib ki, iki ölkə arasında münasibətlər dinamik şəkildə inkişaf edir və xarici təsirlərə məruz qalmır.

Putin və Modi hər cür təzahür formasında terrorizmə qarşı güzəştsiz mübarizənin vacibliyini də qeyd ediblər.

Rusiya prezidenti Hindistanın cənub Kəşmir bölgəsində, Pahalgam şəhərində 22 aprel tarixində baş vermiş terror hücumu zamanı hindistanlı vətəndaşların həlak olması ilə əlaqədar Narendra Modiyə dərin başsağlığı verib.

Son xəbərlər