Pulkovo hava limanından sərnişinlərin bir hissəsi 24 saatdan çoxdur ki, uça bilmir
Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında sərnişinlərin bir hissəsi bir gündən çoxdur ki, öz reysləri ilə uça bilmir.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Aeroflot" aviaşirkətinin Volqoqrad, Mineralnıye Vodı, Murmansk və Kalininqrada olan bir neçə reysi artıq 27 saata yaxındır ki, yerinə yetirilmir. Eyni zamanda insanların steril zonadan çıxmasına da icazə verilmir.
İnsanlar gecikmənin səbəbini boş ekipajın olmaması ilə əlaqələndirirlər.
Onların sözlərinə görə, sərnişinlərin baqajı da verilmir, çünki boşaldılan baqajı götürə biləcək məsul işçi yoxdur. İnsanların baqajla birlikdə ev heyvanlarını da təhvil verməsi vəziyyəti daha da ağırlaşdırır.
Sərnişinlərin sözlərinə görə, onlara yemək və su 14 saatdan sonra verilib.
Məlumata görə, reyslər ləğv olunmur, təxirə salınır, buna görə də insanlar yeni bilet alaraq hava limanını tərk edə bilmirlər.
Oxşar xəbərlər
Almaniya Ukraynaya yeni HHM sistemləri verəcək
Ukrayna Almaniya istehsalı olan "IRIS-T" hava hücumundan müdafiə sistemlərindən 18 ədəd sifariş edib və gələcəkdə bu alışın artırılması imkanını nəzərdən keçiri...