Portuqaliya elektrik kəsintisinin səbəbini AÇIQLADI
Portuqaliya, İspaniya və Fransa da daxil olmaqla Avropada milyonlarla insanın işıqsız qalmasına səbəb olan kütləvi elektrik kəsintisinin səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, enerji şəbəkəsi operatoru REN bildirib ki, kəsintilər İspaniyada ani temperatur dəyişiklikləri nəticəsində yüksək gərginlikli xətlərdə yaranan "yüksək gərginlikli xətlərdə normadan kənar titrəyişlər" səbəbindən baş verib. Bu titrəyişlər elektrik sistemlərinin sinxronizasiyasını pozaraq genişmiqyaslı kəsintilərə yol açıb.
Açıqlamadan sonra Türkiyədə də narahatlıq artıb. Coğrafi və iqlim baxımından oxşar şəraitdə olan Türkiyədə də son aylarda kəskin temperatur fərqləri qeydə alınır.
Portuqaliya Baş naziri Luis Montenegro hadisənin qəsdən törədildiyinə və ya kiberhücum olduğuna dair bir sübut tapılmadığını bildirib. Avropa Şurası isə kəsintinin səbəbinin araşdırıldığını və enerji təchizatının bərpası üçün işlərin davam etdiyini açıqlayıb.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...