Polis Ed Şiranı tanımadı, konsertini yarıda kəsdi
"Shape of You" sinqlı ilə dünyaya səs salan Ed Şiranın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, Hindistana istirahətə yollanan ifaçı Benqaluru şəhərinə gedib.
"Indian Times"ın yazdığı məlumata əsasən, sənətçi küçədə mahnı oxumağa başlayıb.
Lakin şəhər polisi Edin mahnısını yarıda kəsib. Buna səbəb kimi isə onun icazə almadan oxuması göstərilib. Sənətçi isə icazə aldığını bildirib.
Buna təşkilatçı etiraz etsə də, polis şəhərdəki sıxlıq səbəbindən Ed Şiranın küçə konsertini ləğv etməli olub.
Xatırladaq ki, Ed Şiranın "Thinking Out Loud", "Perfect" və "Bad Habits" kimi hitləri də var.
Oxşar xəbərlər
Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib
Solomon adaları sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi...