PKK-nın qurultayının keçirilməsi və silahların toplanması gözlənilir

PKK-nın qurultayının keçirilməsi və silahların toplanması gözlənilir/
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirməsi və təşkilatın özünü buraxması gözlənilir. Məlumata görə, qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir və orada təhlükəsizliyi İraq təmin edəcək.
İclasda təşkilatın xeyli sayda üzvü iştirak edəcək. Eyni zamanda qeyd olunur ki, PKK-nın narkotik vasitələr, silah və insan alverindən əldə etdiyi sərvət təxminən 40 milyard dolları təşkil edir. Bəzi üzvlərin bu qazancdan əl çəkmək istəməməsi səbəbindən silahlarını yerə qoymaq məsələsində müqavimət göstərmələri ehtimal edilir.
Təşkilatın ləğv olunmasından sonra silahların toplanması üçün xüsusi mexanizmin yaradılması planlaşdırılır. Xüsusilə terrorçuların Suriya qanadının silahları təslim etməsi böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.
Oxşar xəbərlər
Dolu sanitar qovşaq səbəbindən sərnişinlər 10 saat səmada qalıb
Air India-nın Çikagodan Delhi istiqamətində uçan Boeing 777-300ER təyyarəsində sərnişinlər dolu tualetlər səbəbindən 10 saat boyunca səmada qalıb. BAKU.WS xəbə...
