Pezeşkian: İranın nüvə silahı əldə etmək məqsədi yoxdur
24
sen
2025
21:33
İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymur.
BAKU.WS "Report"a istinadən xəbər verir kimi, bunu ölkə Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında bəyan edib.
O, çıxışında Yaxın Şərqdəki vəziyyətə və Ukrayna böhranına toxunub.
"İran uzun illərdir ki, Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olmasının tərəfdarı olub", - M.Pezeşkian bildirib.
O, həmçinin vurğulayıb ki, İran Ukrayna və Rusiyanın münaqişənin həlli üçün ədalətli razılaşma əldə edəcəyinə ümid edir.
Oxşar xəbərlər
Çak Rassel 74 yaşında vəfat etdi
ABŞ-li rejissor, ssenarist və prodüser Çak Rassel 74 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə mərhumun qohumları TMZ nəşrinə bildiriblər. Kinematoq...