Peskov: Rusiya Qrenlandiya ətrafında baş verənləri diqqətlə izləyir
Rusiya rəsmiləri Qrenlandiya ətrafında baş verən prosesləri diqqətlə izlədiklərini bildiriblər.
BAKU.WS xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, bu ərazidə "Qızıl günbəz" adlı raketdən müdafiə sisteminin yerləşdirilməsi ehtimalı Moskvanın xüsusi nəzarətindədir.
Peskov vurğulayıb ki, Qrenlandiya coğrafi mövqeyinə görə Rusiyanın milli təhlükəsizliyi baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bölgədə hərbi infrastrukturun gücləndirilməsi ilə bağlı atılan addımlar Rusiya tərəfindən diqqətlə qiymətləndiriləcək və müvafiq nəticələr çıxarılacaq.
Oxşar xəbərlər
Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı
Fransa Liqa 1-in VIII turu çərçivəsində keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" matçının vaxtı dəyişdirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu...