Pentaqon: "İran üç həftəyə 10 nüvə başlığı istehsal edə bilər"
"İran üç həftə ərzində 10-a qədər nüvə başlığı yaratmağa qadirdir."
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bəyan edib.
"Əgər İran rejimi nüvə silahının sürətləndirilmiş inkişafı istiqamətində irəliləməyə qərar verərsə, təxmin edilir ki, xammal ehtiyatı üç həftə ərzində 10-a qədər nüvə başlığının istehsalı üçün kifayət edəcək.
İran nüvə silahı əldə edərsə, bölgədəki digər ölkələr də nüvə silahı əldə etmək üçün mümkün olan hər şeyi edəcəklər - ya bu texnologiyanı inkişaf etdirəcək, ya da satın alacaqlar ki, İrana qarşı çəkindirici qüvvələrini saxlaya bilsinlər", - Kurilla bildirib.
Oxşar xəbərlər
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək
Amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa kosmik texnologiyalar şirkəti "SpaceX"in özünə məxsus səhmlərindən birini hədiyyə edəcəy...