Pentaqon bu fotonu tələm-tələsik sildi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Venesuela ilə bağlı yazı olan şevrona görə ABŞ aviatexnikinin fotosunu silib.
BAKU.WS xəbər verir ki, Pentaqonun vizual informasiya yayım xidməti 142-ci elektromaqnit hücum eskadrilyasına məxsus aviatexnikin fotosunu silib.
Səbəb onun kombinezonundakı Venesuela ilə bağlı yazı olan şevron olub.
Fotoda "EA-18G Growler" radioelektron mübarizə təyyarəsində çalışan texnik əks olunub. Bu təyyarə "USS Gerald R. Ford (CVN-78)" aviadaşıyıcısının göyərtəsində yerləşdirilib. Onun şevronunda sahildə şezlonqda dincələn amerikalı hərbçi və ona içki təqdim edən qadın təsvir olunub.
Şevronun üzərində belə bir yazı olub: "ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulun. Böyük ombalı venesuelalıları xilas edin!"
Məlumata görə, "Gerald R. Ford" aviadaşıyıcısı və onun radioelektron mübarizə təyyarələri Venesuela prezidenti Nicolás Maduronun oğurlanması əməliyyatında iştirak edib.
Xatırladaq ki, 3 yanvarda ABŞ Venesuelaya hücum edərək prezident Nikolas Maduronu həyat yoldaşı Silia Flores ilə birlikdə ələ keçirib. Onlar ABŞ-yə aparılıb, ittiham irəli sürülərək həbs ediliblər.
Oxşar xəbərlər
Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"
ABŞ Prezidenti Donald Tramp ölkə ordusunun hazırda Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirdiyini açıqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbə...