Pentaqon Avropa İttifaqına hərbi dəstəyin sona çatması barədə rəsmi xəbərdarlıq edib

Pentaqon Avropa İttifaqına hərbi dəstəyin sona çatması barədə rəsmi xəbərdarlıq edib
Dünya 37

ABŞ növbəti maliyyə ilinə qədər Avropa İttifaqı (Aİ) ölkələrinə hərbi dəstəyi dayandırmaq niyyətindədir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin Müdafiə Siyasəti üzrə direktoru Vaydotas Urbelis bildirib.

"Keçən həftə ABŞ Müdafiə Nazirliyi gələn ildən başlayaraq, gələn maliyyə ilindən etibarən bu xəttin bütün Avropa ölkələri üçün sıfıra endiriləcəyini rəsmi olaraq ölkələrə çatdırıb", - deyə Urbelis qeyd edib.

Onun sözlərinə görə, Litva konkret olaraq hələlik ABŞ-dən dəstəyin dayandırılması ilə bağlı məktub almayıb. Bundan əlavə, nazirlik nümayəndəsi əlavə edib ki, yardımın ləğvi ABŞ əsgərlərinin Avropada olması ilə bağlı deyil və onların tezliklə geri çəkilməsini göstərmir.

Bir gün əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ Rusiya ilə həmsərhəd Şərqi Avropa ölkələrinə hərbi yardım proqramlarını tədricən dayandırmaq niyyətindədir. Bu yolla Vaşinqton qitənin dövlətlərini öz müdafiələrinə daha çox sərmayə qoymağa sövq etmək istəyir. Bu vəsaiti alanlar əvvəllər əsasən Litva, Latviya və Estoniya olub.

Oxşar xəbərlər

Son xəbərlər