Pentaqon 30 gün ərzində transgendər hərbçiləri ordudan uzaqlaşdıracaq

Növbəti 30 gün ərzində ABŞ ordusunun sıralarından gender normalarına uyğun gəlməyən hərbçilərin uzaqlaşdırılmasına başlanacaq.
Bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, gender kimliyi ilə bağlı problemi olan və ya öz cinsi ilə bağlı narahatlıq keçirən hərbçilər ordudan uzaqlaşdırılacaq. Bununla belə, bəzi hərbçilər üçün istisnalar mümkündür. Bu, əgər həmin hərbçinin xidmətdə qalmasının "dövlətin mühüm maraqlarına" cavab verdiyi sübut olunarsa, mümkün olacaq.
İstisna əldə etmək üçün hərbçi sübut etməlidir ki, o, heç vaxt cinsiyyətini dəyişdirməyə cəhd göstərməyib və son üç il ərzində "cinsi mənsubiyyətdə sabitlik" nümayiş etdirib. Bununla yanaşı, həmin dövr ərzində hərbçidə sosial, peşəkar və digər mühüm həyat sahələrində hər hansı kliniki əhəmiyyətli pozuntu və ya problemlər olmamalıdır.
Fevral ayının ortalarında ABŞ Silahlı Qüvvələri elan etmişdi ki, bundan sonra transgendərləri hərbi xidmətə qəbul etməyəcək və hərbçilərə cinsiyyət dəyişdirmə prosesində kömək göstərməyəcək.
Oxşar xəbərlər
Qonşu ölkədə güclü yağış və qar gözlənilir: 6 əyalət üçün sarı xəbərdarlıq
Türkiyə Meteoroloji xidmətin proqnozuna görə, ölkədə havanın əsasən buludlu keçəcəyi, şimal, daxili və şərq bölgələrində hava temperaturunun mövsüm normallarınd...
