Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papa Fransisk son beş həftədən sonra ilk dəfə dindarların qarşısına çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, ənənəvi bazar günü xeyir-dua vermək üçün Romadakı Aqostino Gemelli xəstəxanasının pəncərələrindən birinin eyvanına çıxıb və bundan sonra tibb müəssisəsindən buraxılıb.
Xəstəxananın qarşısına yüzlərlə adam toplaşıb. İntensiv oksigen terapiyası alan Papa zəif səslə "Hamınıza təşəkkür edirəm" deyib.
O, iqamətgahı olan Vatikanın Müqəddəs Marta otelində, xüsusən də səsini bərpa etmək üçün əlavə müalicə alacaq. Onun fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 13 ölü var - DƏHŞƏTLİ KADRLAR
Kolumbiyanın qərbində 7,4 bal gücündə güclü zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, yeraltı təkanların episentri Çoko departamentindəki San-Xose-del-Palmar ş...