Pandemiya dövründə ölüm hallarının əksəriyyətinin COVID-19-la bağlı olmadığı AÇIQLANIB

Pandemiya dövründə ölüm hallarının əksəriyyətinin COVID-19-la bağlı olmadığı AÇIQLANIB
Dünya 83

Koronavirus pandemiyası milyonlarla insanın həyatına son qoyub. Lakin amerikalı alimlərin apardığı son araşdırma ölüm səbəbləri ilə bağlı gözlənilməz nəticələr ortaya çıxarıb – məlum olub ki, çoxsaylı ölüm halları SARS-CoV-2 virusu və ya "sitokin fırtınası" ilə birbaşa əlaqəli deyil.

BAKU.WS xəbər verir ki. ABŞ-nin Şimal-Qərb Universitetindən olan tədqiqat qrupu 500-dən çox COVID-19 xəstəsinin məlumatlarını təhlil edib. Onlardan 190 nəfəri xəstəlik fonunda yaranan ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilib və hamısında tənəffüs problemləri müşahidə olunub. Bəzi pasiyentlər sağalsa da, digərləri həyatını itirib.

Süni intellekt texnologiyalarının köməyi ilə aparılan təhlil nəticəsində alimlər müəyyən ediblər ki, ölümə səbəb COVID-19-un səbəb olduğu immun reaksiya deyil, xəstələrin süni tənəffüs aparatına (İVL) qoşulduqdan sonra inkişaf edən bakterial pnevmoniyadır (VAP – ventilyatorla əlaqəli pnevmoniya).

Tədqiqatın nəticələrinə görə, süni tənəffüs cihazına qoşulan pasiyentlərdə tez-tez bakterial infeksiya inkişaf edir və bu da onların ölümünə səbəb olur.

Son xəbərlər