Pakistanla Əfqanıstan arasında baş verən toqquşmada ölənlərin sayı açıqlanıb
12
okt
2025
17:02
Oktyabrın 11-də Əfqanıstan silahlı qruplaşmalarının Pakistan sərhədində törətdiyi hücum ağır itkilərlə nəticələnib.
BAKU.WS xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin açdığı atəş nəticəsində 23 pakistanlı hərbçi həlak olub, 29 nəfər yaralanıb.
Eyni zamanda, Əfqanıstan tərəfinin itkilərinin 200 nəfəri keçdiyi bildirilir. Pakistan ordusu döyüşlər zamanı 21 strateji mövqedə müvəqqəti nəzarəti ələ alıb.
Qeyd edək ki, insident oktyabrın 11-də Əfqanıstan silahlı dəstələrinin sərhəd mövqelərinə hücumu ilə başlayıb.
Oxşar xəbərlər
Tramp "Amerikanı xilasetmə" qanun layihəsini təqdim edib
ABŞ prezidenti Donald Tramp "Amerikanı xilasetmə" adlı yeni qanun layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə o, özünün Truth Social hesabında m...