Pakistan XİN: Əfqanıstana qarşı addımlar özünümüdafiə çərçivəsində atılıb

Pakistan XİN: Əfqanıstana qarşı addımlar özünümüdafiə çərçivəsində atılıb
Dünya 27

Pakistan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Əfqanıstandakı terror qruplaşmalarına qarşı son əməliyyatlar ölkənin özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində və öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, XİN bununla bağlı bəyanatı sosial şəbəkələrdə yayıb.

Nazirlikdən qeyd edilib ki, Pakistan silahlı qüvvələrinin addımları Əfqanıstan ərazisində "Fitnə əl-Xavaric" və "Fitnə əl-Hindustan" qruplaşmalarının təkrarlanan terror hücumlarına, həmçinin fevralın 26-na keçən gecə "Taliban"ın təxribat xarakterli hərəkətlərinə cavab olub.

"Pakistanın addımları onun özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində, öz vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin, eləcə də daha geniş regionda və onun hüdudlarından kənarda sabitliyin təmin edilməsi məqsədilə atılıb", - məlumatda bildirilib.

XİN qeyd edib ki, "Taliban" və ya terrorçu qruplar tərəfindən hər hansı növbəti təxribatlara "qətiyyətli və mütənasib tədbirlərlə" cavab veriləcək.

Bəyanata əsasən, Pakistan Əfqanıstan ərazisindən gələn terror təhlükəsinin azaldılması üzrə siyasi və diplomatik səylərdə iştirakını davam etdirib:

"Ölkənin addımları yanlış şərh edilib, bu da "Taliban" rejiminin, eləcə də Hindistanın fəal dəstəyi və köməyi ilə Əfqanıstan ərazisindən terror hücumlarının artmasına gətirib çıxarıb".

Son xəbərlər