Pakistan Əfqanıstanın Qəndəhar vilayətinə hava zərbələri endirib
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın Qəndəhar vilayətinin Səpinbuldaq (Spin Boldak) adlı sərhəd bölgəsinə aviazərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi Əfqanıstan və Pakistan rəsmilərinə istinadən məlumat yayıb.
Əfqanıstanın "Tolo News" portalının xəbərinə görə, əfqan qüvvələri hazırda sərhəd xətti boyunca ehtiyat qüvvələrini cəmləşdirir. Eyni zamanda, paytaxt Kabildə güclü partlayışın baş verdiyi bildirilib.
Məlumata əsasən, 15 oktyabrda Pakistan ordusu Hayber-Paxtunxva vilayətinin Kurram dairəsində yerləşən Pakistan blokpostlarına edilən hücuma cavab olaraq Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərini hədəfə alıb.
Münaqişə Əfqanıstan hökumətinin Pakistantı ölkənin hava məkanını dəfələrlə pozmaqda və hava hücumları həyata keçirməkdə ittiham etməsindən sonra yenidən alovlanıb. Daha sonra Kabil İslamabada qarşı qisas əməliyyatının uğurla başa çatdığını bəyan edib.
Oxşar xəbərlər
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniya, Fransa və Kanadanın on iki ölkə tərəfindən İordan çayının Qərb sahilində qeyri-qanuni yaşayış məntəqələ...