Onu tənqid edənləri heyran qoyan memar: Azərbaycanda da imzası olan Zaha Hadid

1950-ci ildə Bağdadda anadan olan Zaha Hadid uşaqlığını Beyrutda keçirir və burada riyaziyyata marağı onu memarlığa yönəldir. 1972-ci ildə Londona köçərək burada Memarlıq Assosiasiyası Məktəbində təhsil alır, daha sonra isə öz studiyasını - "Zaha Hadid Architects"i yaradır.
O, Almaniyanın Volfsburq şəhərində "Phaeno" Elm Mərkəzi, Çinin Quancou şəhərində Opera Teatrı, Bakıda Heydər Əliyev Mərkəzi kimi möhtəşəm layihələrə imza atır. Zaha Hadidin möcüzələrindən biri olan Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci ildə hazırlanır və 2012-ci ildə istifadəyə verilir.
2014-cü ildə isə bu tikili "Design of the Year" mükafatına layiq görülərək dünyanın ən yaxşı binası seçilir. Heç vaxt ailə qurmayan Zaha Hadid həyatını yaradıcılığa həsr edib, həmçinin geyim, avtomobil və mebel dizaynı ilə də məşğul olub.
O, 2016-cı ildə ABŞ-nin Mayami şəhərində vəfat edir. Ölümündən sonra isə studiyasının rəhbərliyini Patrik Şumaxer ələ alaraq Z.Hadidin yarımçıq qalan 36 layihəsini davam etdirir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
