Onlar "Oscar"ın "Ən yaxşıları" oldular

Bu il 97-ci dəfə "Oscar" mükafatlandırma mərasimi baş tutub. Hər il olduğu kimi bu il də film və kino sahəsində ən yaxşılar mükafatlandırılıblar.
BAKU.WS xəbər verir ki, Los Anceles şəhərindəki "Dolby" teatrında baş tutan mərasimdə ən çox mükafat alan ekran işi "Anora" olub.
O "Ən yaxşı film", Ən yaxşı orijinal ssenari", Ən yaxşı aktrisa", film isə "Ən yaxşı montaj" kateqoriyalarında "Oskar"a layiq görülüb.

Aktrisa Mayki Madison "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub.

Mayki bu mükafatı "Anora" filminə görə alıb.
Edrien Broudi "Ən yaxşı aktyor" nominasiyasında qalib olub. O da həmkarı Madison kimi "Anora" filminə görə bu mükafatı alıb.

"Ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasında Kirean Kulkin,

"Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyasında isə Zoe Saldana qalib olub.

"Flow" adlı ekran işi "İlin ən yaxşı animasiyası" kateqoriyasında "Oskar"a layiq görülüb.

"No other land" "Ən yaxşı sənədli film" kateqoriyasında qalib olub.

"I"am stil l here" isə "Ən yaxşı beynəlxalq film" kateqoriyası üzrə "Oskar"a layiq görülüb.

Oxşar xəbərlər
Balidə turistlərlə dolu gəmi batıb - ANBAAN GÖRÜNTÜLƏR
Bali adasında içərisində insanların olduğu turist gəmisi dənizdə batıb. BAKU.WS xəbər verir ki, hadisə anına dair görüntülər "7news" portalı tərəfindən yayımlan...
