Novosibirsk güclü leysanlardan sonra su altında qalıb

Novosibirsk güclü leysanlardan sonra su altında qalıb
Video
Dünya 112

Novosibirskə yağan aramsız yağışlar şəhəri suya qərq edib.

BAKU.WS NGS portalına istinadən xəbər verir ki, leysan suları bütün şəhəri basıb.

Yağışlar 14 iyul, bazar ertəsindən etibarən dayanmaq bilmir. Şəhərin mərkəzi olan Qırmızı prospekt bir növ çaya çevrilib, avtomobillər Vosxod ərazisində dalğalar arasında hərəkət edirlər.

Çistaya Sloboda yaşayış massivində, eləcə də Sportivnaya və Koşurnikova küçələrində fəaliyyət göstərməyən yağış-kanalizasiya sistemlərinə görə həyətlər su altında qalıb. Zayeltsovskiy rayonu, Şlyuz və Akademqorodok da leysanlardan ziyan çəkən ərazilər arasındadır. Kropotkin küçəsində isə avtomobillər su ilə örtülmüş yolda üzürmüş kimi hərəkət edir.

Qeyd edək ki, 12-13 iyul tarixlərində güclü yağışlar artıq Rusiyanın paytaxtı Moskvaya da təsir etmişdi. Moskva və ətraf bölgələrdə ildırım, güclü küləklər və dolu qeydə alınıb. Bir çox ağac aşıb, yollar isə güclü su axınlarına çevrilib. Yağışlı hava şəraitində Ostankino teleqülləsinə ildırım düşüb. Sinoptiklər fırtınalı havanın 18 iyula qədər davam edəcəyini bildirirlər.

Son xəbərlər