Nigeriyada terrorçulara hava və quru əməliyyatı: 60 ölü

Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində "Boko Haram" terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində 60 terrorçu zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, ordunun sözçüsü Oniinyeçi Anele yazılı açıqlamasında bildirib ki, Borno əyalətinin Bita bölgəsində səhər saatlarında həm havadan, həm də qurudan "Boko Haram"a qarşı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 60 terrorçu məhv edilib.
Nigeriyanın Milli Təhlükəsizlik müşaviri Nuhu Ribadu daha əvvəl açıqlamışdı ki, 2023-cü ildən bu yana "Boko Haram" və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terrorçularına qarşı mübarizədə 13 min 543 silahlı zərərsizləşdirilib, minlərlə terrorçu isə orduya təslim olub.
2000-ci illərin əvvəllərindən bəri ölkədə fəallıq göstərən "Boko Haram" 2009-cu ildən bu yana həyata keçirdiyi genişmiqyaslı terror aktlarında on minlərlə insanın ölümünə səbəb olub.
2015-ci ildən bəri təşkilat Kamerun, Çad və Niger kimi qonşu ölkələrə də hücumlar təşkil edir. Çad Gölü hövzəsindəki hücumlarda azı 2 min nəfər həyatını itirib.
Ölkədə terror aktları və toqquşmalar səbəbilə yüz minlərlə insan köç etməyə məcbur qalıb.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
