Nigeriyada iki ay əvvəl oğurlanan şagird və müəllimlər azad edildilər
Nigeriyanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Oyo ştatında 56 gün əvvəl oğurlanan 44 məktəbli və müəllimi azad ediblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Punch" qəzeti Nigeriya ordusunun bəyanatına istinadən məlumat yayıb.
Əməliyyatda hərbçilər, polis və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak ediblər. Oğurluqda şübhəli bilinən səkkiz nəfər saxlanılıb, qruplaşmanın daha bir neçə üzvü isə zərərsizləşdirilib.
Qeyd edək ki, mayın 15-də 39 şagird və yeddi müəllim oğurlanıb. Hücum zamanı bir müəllim həlak olub, daha biri isə girovluqda oğurlayanlar tərəfindən öldürülüb.
Azad edilən şəxslər tibbi müayinədən keçirilir. Daha sonra onlar ailələri ilə birləşmək üçün ştat rəhbərliyinə təhvil veriləcəklər.
Oxşar xəbərlər
Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir...