Netflix transgender aktrisanı film posterindən çıxardı - "Oscar"a namizəd idi...

Netflix "Emilia Perez" filminin baş rol ifaçısı Sofiya Karla Qaskonu promosiya kampaniyasından çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
O, ilk dəfə "Ən Yaxşı Qadın Roluna" görə "Oskar" mükafatına namizəd göstərilən trans-aktrisanın adı artıq Netflix-in reklam kampaniyasında yer almır. İzləyicilər Qaskonun filmin posterindən silindiyini və onun uğurlarının tanıtım videolarında qeyd olunmadığını bildiriblər.
Buna baxmayaraq, Netflix digər namizədlərin uğurlarına diqqət yetirir. Məsələn, Zoi Saldananın "Ən Yaxşı İkinci Dərəcəli Qadın Roluna" namizədliyi və filmin "Ən Yaxşı Mahnı" kateqoriyasında "El Mal" əsəri ilə yarışması ön plana çəkilir.
Məlumata görə, Qasko sosial mediada irqi ayrı-seçkilik və dini hissləri təhqir etməkdə ittiham olunub. Aktrisa keçmiş paylaşımlarına görə üzr istəsə də, bəzi şəxslər onun "Oskar" namizədliyindən məhrum edilməsini tələb ediblər.

Oxşar xəbərlər
Tanınmış aktyor qəza keçirdi - Vəziyyəti ağırdır
Aktyor Berk Atan avtomobil qəzası keçirib. BAKU.WS xəbər verir ki, hadisə aktyor İstanbuldan Sivrihisara gedərkən yaşanıb. Qəza nəticəsində Berkin onurğa və q...