Netanyahu Livanın cənubu ilə bağlı göstəriş verib
İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda yerləşən və İsrail ordusunun nəzarətində olan təhlükəsizlik zonasının genişləndirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə ölkənin şimal sərhədinə etdiyi səfər zamanı yayımladığı videomüraciətdə məlumat verib.
Görüntülər Baş nazirin ofisi tərəfindən ictimaiyyətə təqdim olunub.
Netanyahunun sözlərinə görə, bu addım sərhəd bölgəsində mümkün hücumların və raket atəşinin qarşısını almaq məqsədi daşıyır.
O bildirib ki, təhlükəsizlik risklərini minimuma endirmək üçün mövcud zona daha da genişləndiriləcək.
Oxşar xəbərlər
Netanyahu ilə görüşə şortla gələn şəxs kimdir?
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri beynəlxalq gündəmin əsas mövzularından biridir. Səfər çərçivəsində keçirilən görüşlərdən biri isə si...