Netanyahu İranı raket zərbələrinə görə qisas alacağı ilə hədələyib
19
iyn
2025
11:06
İran dinc əhaliyə və İsrailin Bersheba şəhərindəki xəstəxanaya raket zərbələri endirməsinə görə cavabdehlik daşıyacaq.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu X sosial şəbəkəsində məlumat verib.
Siyasətçi yazır: "Biz Tehran rəhbərliyindən tam qisas alacağıq".
Xatırladaq ki, iyunun 19-da səhər saatlarında İran İsrailə 20-yə yaxın raket zərbəsi endirib, onlardan bəziləri Təl-Əvivin və onun ətrafının yaşayış məntəqələrini vurub. Raketlərdən biri ölkənin cənubundakı Beerşeba şəhərindəki "Soroka" xəstəxanasına düşüb.
Oxşar xəbərlər
Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. BAKU.WS xəbər verir ki, di...