Nejat İşlerin vəklinin ofisinə hücum edib onu döydülər
Tanınmış aktyor Nejat İşlerin vəkili Göray Karadutun ofisinə hücum edilib.
BAKU.WS xəbər verir ki, avtomobil qəzası ilə bağlı sənəd hazırlatmaq istəyən ata və oğul 60 yaşlı vəkilin Bodrumdakı ofisinə gəliblər. Sənəd hazırlanarkən Karadutla həmin şəxslər arasında dava olub.
Ata ilə oğlu çölə çıxaraq əllərində odunla yenidən ofisə daxil olublar. Onlar vəkili döyüb ofisi isə dağıdıblar.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Vəkil Karadut dərhal xəstəxanaya gedərək döyülməsi ilə bağlı həkimdən kağız alıb.
Daha sonra ata ilə oğul polislər tərəfindən saxlanılaraq ədliyyəyə göndəriliblər.
Onların 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediləcəkləri açıqlanıb.
Oxşar xəbərlər
Xameneinin müşaviri: İrana qarşı istənilən təcavüzə dərhal və sərt cavab veriləcək
İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla n...