NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib
NATO müdafiə nazirləri Brüsseldə keçirilmiş görüşdə soyuq müharibə dövründən bəri alyansın hərbi imkanlarının ən əhəmiyyətli artırılması planlarını təsdiqləyiblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte görüşün yekunlarına dair mətbuat konfransında danışıb.
"Biz hərbi imkanların artırılması üçün iddialı planlar qəbul etdik. Buraya hava hücumundan müdafiə vasitələri, tanklar, uzaqmənzilli sistemlər, pilotsuz uçuş aparatları və quru qoşunları daxil olacaq. Əlbəttə, bunun üçün NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdırlar", – o bildirib.
Rütte 24-25 iyunda Haaqada keçiriləcək NATO sammitinə alyans ölkələri üçün hərbi xərclərin hazırkı ÜDM-in 2 %-dən 5 %-nə qaldırılması ilə bağlı "təklif irəli sürdüyünü" təsdiqləyib.
Oxşar xəbərlər
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına töhfə vermək cəhdlərini dayandırmır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...