NASA Kiyevin Rusiya hücumundan sonra yanmasının görüntüsünü yayıb
İyulun 4-ü səhər saatlarında Kiyevin yeni panoramik görüntüləri yayımlanıb. Şəhər gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin raket və "Geran" dronları ilə həyata keçirdiyi hücumlardan sonra qalın tüstü təbəqəsi ilə örtülüb.
BAKU.WS rg.ru-ya istinadən xəbər verir ki, görüntülərin sonunda "Jülyanı" hava limanı üzərində yüksələn güclü tüstü dirəyi müşahidə olunur. Məlumata görə, burada yerləşən "Patriot" zenit-raket kompleksinə zərbə endirilib.
Hazırda hava limanında güclü yanğın davam edir. NASA peykləri vasitəsilə bu yanğının görüntüləri qeydə alınıb. Digər iri miqyaslı yanğın isə Ukrayna Təhlükəsizlik Xidməti Akademiyasında baş verib.
Zərbələr həmçinin Vasilkovdakı hərbi aerodromu və dəmir yolu infrastrukturunu da əhatə edib.
Oxşar xəbərlər
Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır
Venesuela ilə razılaşmadan sonra ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse...