Narin Güranın ölümü ilə bağlı YENİ DETALLAR məlum oldu

Narin Güranın ölümü ilə bağlı YENİ DETALLAR məlum oldu
Dünya 116

Türkiyədə 21 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın harada öldürüldüyü və həmin vaxt yanında kim olduğu məlum olub.

BAKU.WS HABERLER.COM-a istinadən xəbər verir ki, Baş Prokurorlu tərəfindən Narin Güranın evində toplanan sübutlar və əldə edilən DNT nəticələrinə görə Narin Güranın öz evində öldürüldüyü qənaətinə gəlinib.

İstintaq prokurorlarının əldə etdiyi məlumata görə, evdə olan sübutların məhv edilməsi üçün bir çox üsullardan istifadə olunduğu, evdə olan mebel, paltar və xalçaların xüsusi üsullarla yuyulduğu da müəyyən edilib.

Əldə edilən yeni tapıntılar və sübutlarla məlum olub ki, Narin avqustun 21-də saat 15:15-də evə getdikdən sonra boğularaq öldürülüb.

Saxlanılan əmisi Səlim Güran saat 15:15-dən əvvəl Narin evə gələndə orada olub, sonra isə ən az 3 dəfə qısa fasilələrlə evə girib çıxıb.

Bundan başqa, saat 15:20-15:35 arasında ana Yüksel Güran ilə Səlim Güran arasında 3 dəfə telefon danışığı olduğu müəyyən edilib.

Maşallah Güran və Hediye Güranın saat 15:15-dən sonra 19:00-a qədər Arif Güranın evinə dəfələrlə gəldiyi, evdə suyun müəyyən olunmuş normadan artıq istifadə edildiyi müəyyən edilib.

Son xəbərlər