Narin cinayəti ilə bağlı ŞOK ETİRAF: Əmi Səlim ana ilə münasibətdə olub, qız onları görüb
Türkiyənin Diyarbəkir vilayətində itdikdən 19 gün sonra cəsədi dərə yatağında tapılan Narin Güranın qətlində mühüm irəliləyiş yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, həbs olunaraq T Tipli Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilən etirafçı Nevzat Bəxtiyar peşman olduğunu bildirib və bildiyi hər şeyi səmimiyyətlə söyləyəcəyini deyib.
Bəxtiyar dünən axşam ciddi təhlükəsizlik tədbirləri ilə gizli şəkildə Ədliyyəyə gətirilib. 4 saat sorğu-sual edilən Nevzat Bəxtiyar əmi Səlimin Narinin anası Yüksellə cinsi əlaqədə olduğunu və Narinin bunu gördüyünü, daha sonra Yükselin kiçik qızı boğaraq öldürdüyünü bildirib.
"Səlimin hədələrinə görə bəzi hadisələri başqa cür anlatdım. Mən buna aydınlıq gətirmək istəyirəm. 21 avqust saat 15.08-də qız boğulan zaman Səlim Gürana su məsələsi ilə bağlı zəng etdim. Səlim də məni qardaşı Arifin evinin yerləşdiyi təpədən səsləyərək çağırdı. Birlikdə Səlimlə Arifin evinə daxil olduq. Birindən başqa bütün otaqların qapıları bağlı idi. Evdə ana Yüksel, Enes, Eren və Muhammed Güran olmaqla heç kimi görmədim. Heç bir səs eşitmədiyim üçün otaqda olub-olmadıqlarını bilmirəm".
Səlim məni sol tərəfdəki otaqlardan birinə aparanda Narinin yerdə hərəkətsiz uzandığını gördüm. Xatırladığım qədər Narinin ağzında köpük kimi maye var idi. Səlim mənə "Bu qızı Yüksellə bir yerdə olduğumuzu gördüyü üçün öldürdüm. İndi sən mənim cinayət ortağımsan. Bu hadisəyə şahid olduğun üçün bu cəsədi məhv edəcəksən. Yoxsa oğlunu oxuduğu futbol məktəbindən alıb başından güllələyəcəm. Bunu yox et, sonra sənə 200 min lirə verəcəm.
Sonra mən Səlimlə meyiti adyalın içində qoyub getdim. Səlim meyiti mənə verəndən sonra meyitlə birlikdə evdən çıxdım. Qapının qabağında Narinin başmaqları var idi. Səlim deyəndən sonra onları götürdüm və cəsədin yanına qoydum. Adyalı əlimə alıb evimə tərəf getdim ki, onları maşına qoyum. Əvvəlcə tövləmin pəncərəsindən meyiti içəri qoydum.
"Sonra tələsik tövlədəki çuvalı cəsədin başından keçirtdim. Ancaq kisəni bağlamadım. Sonra cəsədi şəxsi maşınımın arxa oturacağın döşəyinə qoydum. Yorğanı Səlimə verdim. Səlim yorğanı maşınına qoydu. Sonra dedi ki, lazım gəlsə cəsədi doğra və Eğertutmaz çayına a. Evdə, Narinin anası Yükselin üzünü əlləri arasında tutaraq ağladığını gördüm və cəsədi daha əvvəl qoyduğum yerə qoydum ki, diqqət çəkməsin.
Narinin bir ayağı çuvaldan kənarda qalmışdı. Tələsik etdiyim üçün nə bağlaya, nə də düzəldə bildim. Sonra hadisə yerini tərk etdim. Hadisədən sonra Səlimlə nə şəxsən, nə də telefonla görüşdüm. Bir neçə gündən sonra mənimlə küçədə rastlaşanda qaş işarəsi ilə salam verdi. Bilmirəm, Səlim meyiti qoyduğum yeri görübmü? Lakin kəndin yuxarı hissəsindən Eğertutmaz çayı aydın görünür. Ona görə də Səlim bəlkə də arxadan məni izləyib, meyiti harda qoyduğumu görüb. Hadisə də məhz belə baş verib. Halbuki Narini mən öldürməmişəm. Mən cəsədi ancaq Səlim mənə təhvil verdiyi üçün Eğertutmaz dərəsinə atdım.
Qeyd edək ki, avqustun 21-də Diyarbakırın Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən və 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümü ilə bağlı istintaq davam edir.
Oxşar xəbərlər
KİV: İsrailin Beyruta hücumunun hədəfi Hizbullah üzvlərindən biri ola bilər
İsrailin Livanın paytaxtına hava hücumunda məqsəd Hizbullah təşkilatının liderlərindən birini öldürmək ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə "Al Jadeed"...