Narin cinayəti ilə bağlı daha bir tükürpədən FAKT
Narin Güranın məhkəmə işi bu gün başlayıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, ilk olaraq məhkəmədə şahid kürsüsünə etirafçı Nevzat Bəxtiyar çıxıb. Bəxiyar "Salim əmi mənə dedi ki, anası ilə cinsi əlaqədə olarkən Narin bizi görüb" ifadələrini işlədib. Bu etirafdan sonra ata göz yaşlarını saxlaya bilməyib.
Etirafçı Nevzat Bəxtiyarla hakim arasında baş verən dialoqlar:
Nevzat Bəxtiyar: Salim əmi mənə dedi ki, "Ana ilə cinsi əlaqədə olarkən Narin bizi gördü və mən də öldürdüm."
Hakim: HTS qeydlərinə görə soruşuram: 15:08-də sən Salimlə görüşürsən, 15:15-də Narin gəlir, bəs necə olur ki, 15:08-də Yüksel Güran sənin yanında olarkən o, cinsi əlaqədə olur? Zaman uyğun gəlmir.
Nevzat Bəxtiyar: Mən Salimi yalnız evimin həyətində suvarma edərkən gördüm, 10-15 dəqiqə sonra yuxarıdan gəlirdi. Salim evə daxil olanda mənə yalnız dedi ki, "Narini yox elə."
Hakim: Əksik hissələr var, açıqlama ver.
Nevzat Bəxtiyar: Salim mənə dedi ki, parçalayaraq çaya at.
Hakim: Daha əvvəl belə bir şey etmisənmi? Bu soyuqqanlılıq haradan gəlir?
Nevzat Bəxtiyar: Məni hədələdiyi üçün bunu etmək məcburiyyətində qaldım. Silahla məni hədələdi. "Oğlun Məhəmmədin və sənin başına güllə ilə vuraram." dedi. Mən də qorxdum.
Hakim: Evdə Enesi və Yükseli gördünmü?
Nevzat Bəxtiyar: Yox, görmədim. Salim çölə çıxdı, ədyal gətirdi. Mən evdə tək idim, heç kimi görmədim. Sonra Salimlə uşağı ədyala bükdük. Daha sonra mənim maşınıma yaxınlaşdıq, o vaxt heç kim bizi görmədi. Qırmızı maşınıma qoydum. Bu zaman Yükseli yuxarıdan gördüm, ağlayırdı.
Hakim: Adyala bükdükdən sonra Salim nə etdi?
Nevzat Bəxtiyar: O da maşınla çıxdı.
Hakim: Yenə soruşuram, tövləyə nə zaman getdin?
Nevzat Bəxtiyar: Adyalı kisəyə qoymaq üçün tövləyə getdim. Bu Salimin planı deyildi, ağlıma gəldi. Mən kisəyə qoydum.
Hakim: Narinin paltarları üstündə idi?
Nevzat Bəxtiyar: Bəli, qara köynəyi və çantası var idi.
Hakim: Salimin maşınından DNT var. Maşında, adyalda nəmlik varmı?
Nevzat Bəxtiyar: Bilmirəm, xatırlamıram.
Oxşar xəbərlər
Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
Hatayın (Türkiyə) Reyhanlı bölgəsində 53 nəfərin öldüyü terror hücumunda əli olan Cengiz Sertel saxlanılıb. Bu barədə "Haber Global" məlumat yayıb. 11 may 2013-...