Myanmardakı zəlzələlərdə ölənlərin sayı 3 min 471-ə yüksəlib
Myanmarda baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 min 471 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, Xinhua agentliyinin Myanmarda dərc olunan The Mirror qəzetinə istinadla yaydığı məlumata görə, 28 mart tarixində baş verən zəlzələlərdən sonra ölənlərin sayı artmaqda davam edir.
Təbii fəlakət nəticəsində 4 min 671 nəfər də yaralanıb.
Axtarış-xilasetmə qrupları, itkin düşdüyü bildirilən 200-dən çox şəxs üçün axtarışları davam etdirir.
Qeyd edək ki, 28 martda Myanmarnın mərkəzində yerləşən Sagaing bölgəsi yaxınlığında 7,7 və 6,4 bal gücündə iki güclü zəlzələ qeydə alınmışdı.
Zəlzələlər qonşu Tayland və Çində də güclü şəkildə hiss olunmuş və ölkədə böyük dağıntılara səbəb olmuşdu.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...