Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3798 nəfərə çatıb
Myanmada martın sonunda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3798-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Global New Light of Myanmar" qəzeti ölkə hakimiyyətinə istinadən yazır.
Bildirilib ki, daha 5106 nəfər yaralanıb, 106 nəfər isə itkin düşmüş hesab olunur. Ölkənin yanğınsöndürmə briqadasının axtarış-xilasetmə qrupları yerli və beynəlxalq xilasetmə təşkilatları ilə birlikdə zərər çəkmiş ərazilərdə fövqəladə əməliyyatlar aparır.
Xatırladaq ki, martın 28-də Myanmada baş verən bir neçə zəlzələ ölkənin bir sıra regionlarında və Taylandın Banqkok şəhərində fövqəladə vəziyyət elan edilməsinə səbəb olub. Aprelin əvvəllərində yeni təkanlar qeydə alınıb.
Oxşar xəbərlər
Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarə...