Myanmada ölənlərin sayı 1700 nəfəri ötdü: 3400-dən çox insan xəsarət alıb, itkin düşənlər var
30
mar
2025
20:05
Myanmada baş verən güclü zəlzələdə həlak olanların sayı 1 700 nəfəri keçib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumat respublika hökuməti tərəfindən təsdiq edilib.
Rəsmi məlumatlara görə, 3 400 nəfər xəsarət alıb, təxminən 300 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 28-də Myanmada maqnitudası 7,7-ə çatan bir neçə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss edilib.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...