Myanmada 7,7 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 2900-ə yaxınlaşıb
02
apr
2025
12:53
Martın 28-də Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2900-ə yaxınlaşıb.
BAKU.WS xəbər verir ki, Myanma Dövlət İdarə Şurasının məlumat qrupu zəlzələ zamanı 4639 nəfərin yaralandığını açıqlayıb.
Qeyd olunub ki, 373 itkin düşmüş şəxsin axtarışları davam edir. Zəlzələ ilə əlaqədar Myanmada bir həftəlik matəm elan edilib.
Zəlzələ Myanma ilə yanaşı, qonşu Tailand və Çində də güclü hiss olunub.
Qalereya
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...