Mumyaların ölüm maskalarının sirri açıldı
Kolumbiyada tapılan minillik And Dağları mumyalarının ölüm maskalarının altında gizlənmiş üzləri ortaya çıxarıldı. Bu iş beynəlxalq alimlər qrupu tərəfindən rəqəmsal rekonstruksiya üsulu ilə həyata keçirilib.
BAKU.WS xəbər verir ki, araşdırmada And Dağları bölgəsində tapılan dörd mumyanın üz rekonstruksiyaları hazırlanıb. Mumyalardan biri 6-7 yaşlı uşaq, digərləri isə 60 yaşlı qadın və iki gənc kişi idi. Onlar məzar maskaları ilə dəfn olunmuşdular. Maskalar gil və qarğıdalı kimi materiallardan hazırlanıb.
Yüz rekonstruksiyası üçün əvvəlcə maskaların üzərindəki kəllələr 3D tomoqrafiya ilə skan edildi. Daha sonra xüsusi proqram və haptik qələmlərlə üz forması, əzələlər və dərinin konturları modelləşdirildi. Dəri rəngi, saç və göz rəngi kimi detallar da əlavə edildi.
Tədqiqatçılar bildirir ki, yara izləri, döymələr və dəqiq dəri tonu məlum deyil. Hazırlanan görüntülər orta göstəricilərə əsaslanır.
Layihə Kolumbiya arxeologiyasında önəmli hesab olunur və And sivilizasiyalarının dəfn ənənələri və kimlik anlayışı barədə yeni məlumatlar təqdim edir.
Oxşar xəbərlər
Gürcüstanda təyyarə qəzasında şəhid olan 20 hərbçinin hamısının nəşi tapılıb
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 hərbi təyyarəsində şəhid olan bütün 20 hərbçinin nəşi tapılıb. BAKU.WS xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafi...