Müharibə hazırlığı başladı: Almaniya Rusiyaya qarşı hansı addımlar atır?

Müharibə hazırlığı başladı: Almaniya Rusiyaya qarşı hansı addımlar atır?
Video
Dünya 153

"Hərbi xronika" rubrikasında bu dəfə "Patriot" raketlərinin Almaniyada istehsalına başlanması barədə məlumat verilib.

"Reuters" agentliyinin xəbərinə görə, Avropanın tanınmış raket istehsalçısı MBDA Bavariyada açdığı yeni müəssisədə ilk dəfə Almaniyada "Patriot" raketləri və buraxılış qurğularının istehsalına start verəcək. Zavod 2024-cü ildə "Raytheon" və MBDA arasında bağlanmış təxminən 6 milyard dollarlıq müqavilənin icrası üçün yaradılıb və Avropanın "Patriot" istehsal gücünü əhəmiyyətli dərəcədə artıracaq.

MBDA-nın Almaniya bölməsinin rəhbəri Tomas Qotşild bildirib ki, indiyədək texniki qulluq və təmir sahəsində toplanmış təcrübə istehsal üçün kifayətdir. "MIM-104 Patriot" sistemi "PAC-2" və "PAC-3" raketləri vasitəsilə qısa və ortamənzilli ballistik hədəflərə, həmçinin döyüş təyyarələrinə qarşı müdafiəni təmin edir.

Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranmış tələbat və uzunmüddətli çatışmazlıqlar nəzərə alınaraq Bavariyadakı müəssisə Avropa üçün strateji əhəmiyyət daşıyır. Berlinin 2026-cı il üçün müəyyən etdiyi 83 milyard avroluq hərbi xərclər paketinin bir hissəsi ABŞ şirkətlərindən silah alışına, digər hissəsi isə avropalı istehsalçıların məhsullarına yönəldiləcək.

Həmçinin Almaniya real müharibə şəraitində səhiyyə sisteminin hazırlıqlarına diqqət ayırır. Planlara görə, ümumilikdə 440 000 çarpayılıq xəstəxana tutumuna 15 min əlavə çarpayı əlavə ediləcək və gündə ən az 1000 yaralı qəbul etmək imkanı yaradılacaq. Bu yanaşmanın əsasını Rusiya-Ukrayna müharibəsində əldə edilmiş təcrübə təşkil edir.

Oxşar xəbərlər

Donald Trampın Qəzza üçün 20 maddəli sülh planı AÇIQLANDI

Donald Trampın Qəzza üçün 20 maddəli sülh planı AÇIQLANDI

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində davam edən qarşıdurmanı dayandırmaq məqsədilə hazırladığı 20 maddəli tamformatlı sülh planını ictimaiyyətə...

115 Dünya 23:04 29 sentyabr 2025

Son xəbərlər