Müğənninin 6.2 bal gücündəki zəlzələdə mükafatları sındı
Ötən gün İstanbulda yaşanan 6.2 bal gücündə zəlzələ müğənni Ece Seçkinə ciddi ziyan vurub.
BAKU.WS xəbər verir ki, yeraltı təkanlar nəticəsində ifaçının şüşə rəfə düzdüyü bütün mükafatları yerə tökülərək sınıb.
Bu barədə Ece sosial şəbəkə hesabında bildirib. O zəlzələdən zərərçəkənlərə "keçmiş olsun" deyərək sınan mükafatlarının fotosunu paylaşıb.
Sübh tezdən heyyət olaraq Mersindən İstanbuldakı evlərimizə gəldik. Öz evimdə yatarkən zəlzələni hiss etdim. Çox qorxduq. İtki olmadığı üçün şükür edirəm və zəlzələdən zərər çəkən hər kəsə şəfa diləyirəm. Bu şüşə rəfi çox dəyər verdiyim mükafatlarım üçün dizayn etdirmişdi. Çünki aldığım hər mükafat mənim üçün çox dəyərlidir. İllərin mükafatları sındı, parçalandı.nYüksək dəyəri olan nələrisə itirəndə təsirlənirəm".
Oxşar xəbərlər
Günəşdə güclü alışma baş verib
Günəşdə M2.8 sinifli güclü alışma qeydə alınıb və bu hadisə təxminən 32 dəqiqə davam edib. Enerji püskürməsi və onun Yer kürəsinin geomaqnit sahəsinə təsiri Tət...