Müğənni 5 milyon dollar qarşılığında azadlığa buraxıldı
5 gün əvvəl həbs edilən müğənni Kris Braun sərbəst buraxılıb.
BAKU.WS xəbər verir ki, o 2013-cü ildə Londondakı gecə klubundakı yaşanan insidentə görə saxlanılmışdı.
Mançestr polisinin yaydığı məlumata əsasən, Kris 5 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.
Xatırladaq ki, sənətçi mayın 17-də Mançester şəhərində həbs edilib. O 2023-cü ilin fevralında Londondakı gecə klubunda musiqi prodüseri Abraham Diava hücum etdiyi üçün saxlanılıb.
Qeyd edilib ki, Braun Diavın başına şüşəsi ilə zərbə endirib və yerə yıxdıqdan sonra onu təpikləyərək döyüb.
Zərərçəkən Abraham isə reperdən 16 milyon dollar təzminat tələb edirdi.
Oxşar xəbərlər
ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda ABŞ gəmilərinə zərbə endirməyə cəhd etdikdən sonra Amerika hərbçiləri İranın üç tankerinə hücum edib. BAKU.W...